Peru mətbuatı Qarabağdakı erməni vandalizmi və Azərbaycanın apardığı yenidənqurma işləri haqda yazıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Perunun tanınmış KİV-lərindən "La Republica" qəzetində Azərbaycanın bu ölkədə səfiri Məmməd Talıbovun Qarabağda müharibədən sonrakı vəziyyət, burada müşahidə olunan erməni vandalizmi, Azərbaycanın apardığı bərpa və yenidənqurma işləri, qarşıya çıxan çətinliklər və regionda davamlı sülhün şərtləri barədə müsahibəsi dərc olunub.
Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, müsahibədə bölgədə münaqişə sonrası geosiyasi durumla əlaqədar 44 günlük müharibənin yekununda Azərbaycan ərazilərinin işğaldan azad edildiyi, münaqişənin bitmiş sayıldığı, regionda nəqliyyat və kommunikasiyaların açılması haqda razılıq əldə olunduğu və hazırda ölkəmizin bölgənin iqtisadi dirçəlişi istiqamətində önəmli səylər göstərdiyi bildirilir.
30 ilə yaxın davam edən işğal müddətində Azərbaycan ərazisinin beşdə birinin Ermənistan tərəfindən tamamilə dağıdıldığı, vaxtilə 1 milyona yaxın azərbaycanlı əhalinin yaşadığı və hazırda viranəyə çevrilmiş bu torpaqlarda ermənilərin kütləvi minalama aparması və beynəlxalq humanitar hüquqa zidd olaraq həmin partlayıcı qurğuların yerləşmə xəritəsini verməkdən imtina etməsi səbəbindən soydaşlarımızın bu gün də öz yurdlarına qayıda bilmədiyi qeyd olunur.
Bununla yanaşı, Azərbaycan hökumətinin ən öncül məqsədinin azərbaycanlı məcburi köçkünlərin mümkün qədər qısa zamanda evlərinə qayıdışını təmin etmək olduğu, bu məqsədlə bölgədə intensiv minatəmizləmə və infrastruktur inşası işlərinin aparıldığı, bu xüsusda nəqliyyat yolları, hava limanları, hospital, məktəb, "ağıllı kəndlər" və digər layihələrin həyata keçirilməkdə olduğu, Türkiyə, İtaliya, İsrail kimi dost ölkələrdən olan şirkətlərin də ən innovativ texnologiyalarla bu işlərə cəlb edildiyi məlumat verilir.
Eyni zamanda münaqişənin təsirinə məruz qalmış ərazilərdə onilliklər ərzində Ermənistan tərəfindən dağıdılmış tarixi-mədəni abidələrimizin restavrasiyası işlərinin aparıldığı deyilir.
Bölgədə davamlı sülhün təmin edilməsinin başlıca şərtləri haqda suala münasibətdə keçmiş münaqişə tərəflərinin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımalı, eyni zamanda Ermənistanın qonşularına qarşı nifrət siyasətindən əl çəkməli və xalqını barışığa hazırlamalı olduğu söylənilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
XƏBƏR LENTİ
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz





