Cəmiyyət

Vətən müharibəsi şəhidi dəfn olunub - FOTO - YENİLƏNİB

8 May 2021 13:00
Baxış: 1 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

13:00

Vətən müharibəsində şəhid olan hərbçi, baş əsgər Elməddin Vəkilov Daşkəsəndə dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi Daşkəsən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

-------

11:31

Vətən müharibəsində şəhid olan hərbçi, baş əsgər Elməddin Vəkilovla Daşkəsəndə vida mərasimi keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi doğulduğu Daşkəsən şəhərinə gətirilib. Şəhidlə yaşadığı evdə vida mərasimi başlayıb.

Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edir.

Şəhid hərbçimiz Daşkəsən Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Respublika Hərbi prokurorluğunun dünən yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşmüş daha bir hərbçinin - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə, aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Şəhid hərbçimiz 1988-ci ildə Daşkəsən rayonunda anadan olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.