Cəmiyyət

Əlillərin əl işlərinin sərgisi keçirilir - VİDEO

5 May 2021 14:02
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Satış-sərgidə 1000-ə yaxın əl işi nümayiş olunur

Milli.Az Real TV-ə istinadən bildirir ki, əlilliyi olan şəxslərin əl işlərinin satış sərgisi başlayıb. Sosial Xidmətlər Agentliyi, Asan xidmət və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Peşə-Əmək Reabilitasiya Mərkəzinin yetirmələrinin əl işləri nümayiş olunur.

Satış-sərgidə 10-dək sənət növü üzrə 1000-ə yaxın əl işi nümayiş olunur.

Aprel ayında 1 saylı DOST Mərkəzində start verilən bu satış-sərgilər may ayı ərzində davam edəcək

Satış-sərgilərin təşkilində məqsəd əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.