“Yüksəliş” müsabiqəsi Bəxtiyar Aslanbəylinin təqdimatında vebinar təşkil edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 4-də "Yüksəliş" müsabiqəsinin İşçi qrupu tərəfindən növbəti vebinar keçirilib. Vebinarda BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Dəyişikliklərin tətbiqi" mövzusunda təqdimatla çıxış edib.
Milli.Az xəbər verir ki, Bəxtiyar Aslanbəyli müsabiqədə yarımfinala keçən iştirakçılara təbriklərini çatdırıb və onlara uğurlar arzulayıb. Müsabiqənin iştirakçıların həyatında yeni imkanlar yaratmaq baxımından uğurlu olacağına inamını ifadə edib.
BP-nin vitse-prezidenti dəyişiklik zamanı effektiv idarəetmə və liderlik, dəyişikliklərə qarşı mümkün emosiya və reaksiyalar, keçid prosesinin dinamikası və bu prosesdə liderlik davranışları barədə danışıb, bu sahədə qabaqcıl təcrübələrin xülasəsini təqdim edib. O bildirib ki, dəyişilik zamanı yeni mühit və fərqli vəziyyətə uyğunlaşma məcburiyyəti kollektiv arasında müəyyən fərdi emosional reaksiya və dəyişikliyə müqavimət yarada bilər. Bu mərhələdə kommunikasiya və dəyişiklik barədə məlumatlandırma işlərinin düzgün qurulmasının vacibliyini nəzərə çatdıran Bəxtiyar Aslanbəyli, eyni zamanda, keçid prosesinin müxtəlif mərhələləri və hər mərhələ üçün tövsiyyə olunan liderlik davranışları barədə məlumat verib.
Qarşılıqlı müzakirə formatında aparılan vebinarda BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, vebinar müsabiqənin əyani mərhələsində iştirak edən namizədlər üçün nəzərdə tutulub və qapalı şəraitdə keçirilib.
"Yüksəliş" müsabiqəsinin İşçi qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarlar təşkil edir. Hazırda müsabiqənin əyani mərhələsi yekunlaşıb və növbəti yarımfinal mərhələsində 309 namizəd iştirak hüququ qazanıb.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
XƏBƏR LENTİ
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)





