Azərbaycan hərbçilərindən ermənilərə peşəkarlıq dərsi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə Azərbaycan və Ermənistan hərbçiləri arasında yaşanan mübahisə ilə bağlı görüntülər yayılıb. Hadisə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində baş verib. Videoda Azərbaycan sərhədçilərinin peşəkar davranışı, sərgilədiyi təmkin və prinsipiallıq böyük rəğbətlə qarşılanıb. Ekspertlər bildirir ki, bu cür təxribatlarla ermənilər özlərini daha çətin vəziyyətə salacaqlar.
44 günlük Vətən müharibəsində məğlub olaraq gülünc vəziyyətə qalmaqlarına baxmayaraq,bu dəfə də sərhəddə özlərini biabır etdilər. Erməni əsgər və zabitləri Azərbaycan hərbiçilərinə qarşı təxribat törədiblər.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Azərbaycan Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib. Erməni hərbiçilərinin törətdiyi təxribatla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasında mübahisə yer alıb. Maraqlı məqam ondan ibarətdir ki,erməni zabiti və hərbiçiləri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçilərini təxribata çəkmək istəsələr də,onlar bu məqsədlərinə nail ola bilmirlər.
Çünki, Azərbaycan sərhədçiləri erməni hərbiçilərinin törətdiyi təxribat qarşısında peşəkarlıq, mədəniyyət və təmkin nümayiş etdirir. Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun sözlərinə görə, Azərbaycan hərbçiləri qarşısında duruş gətirə bilməyən düşmən zabit və əsgərləri bu dəfə də gülünc vəziyyətə düşüblər. Təxribat görüntüləri Azərbaycan hərbçiləri ilə Ermənistan hərbçiləri arasında fərqi açıq-aşkar göstərir.
Zaur Məmmədov hesab edir ki,əslində erməni hərbiçiləri bu cür təxribatçı hərəkətlər etməklə özlərini biabır edirlər. Elə video görüntülərdən də aydın görsənir ki, yaranan mübahisə zamanı erməni zabitinin danışığından hiss olunur ki,ya o içkilidir, Ya da ki, narkotik vasitənin təssiri altında bu cür ifadələr işlədir. Əslində bu fakt bir daha sübut etdi ki, erməni zabit və əsgərlərinin siması elə bax bu cürdür.
Belə aydın olur ki, məğlub olmuş ordunun sərhədçiləri çox ciddi psixoloji-mənəvi böhran keçirirlər. Çünki onlar 30 ilə yaxın bir müddətdə daim yalan və xülyalarla yaşayıblar. Ancaq Azərbaycan ordusunun, xüsusən də sərhədçilərinin 44 günlük Vətən Müharibəsində onlara vurduğu ciddi zərbədən çətin ki, yaxın illərdə də ayıla bilsinlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
-
Bakıda qayınatanın gəlinə bahalı hədiyyəsi diqqət çəkdi - VİDEO
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
XƏBƏR LENTİ
-
Bakıda narkokuryer saxlanıldı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Sumqayıtda oğurluq edən qadın saxlanıldı
-
Efiopiyada ağır qəza: 28 nəfər öldü
-
16 ölkədə yüzlərlə yeni meymunçiçəyi halı aşkarlandı
-
Bacısını qətlə yetirən şəxs cəzadan azad edildi
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
İzabel Akosta evində ölü tapıldı
-
Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Xəstəxanaya yerləşdirilən Flora Kərimova ilə arxiv FOTOsunu yaydı
-
Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
Norveç şahzadəsinin oğlu həbs edildi - FOTO
-
İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO
-
Sabah Bakıda 31 dərəcə isti olacaq
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
-
Acunun komandası millimizin üzvünü istəyir
-
Ağ Evdə UFC gecəsi: Yeni çempion bəlli oldu - VİDEO
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
-
Aygün Kazımova Röyaya ad günü hədiyyəsi göndərdi - FOTO





