Cəmiyyət

Saxta əlillik təyinatı - VİDEO

30 Aprel 2021 12:34
Baxış: 1 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il 80 min müraciətin 25 mini təsdiqini tapıb

Milli.Az Real TV-ə istinadən bildirir ki, 2020-ci ildə səhiyyə müəssisələri tərəfindən əlilliyin təyin edilməsi üçün 80 minə yaxın Forma-88 e-sistemə daxil edilib.

Göndərişlərdən yalnız 25 mini (31%) öz təsdiqini tapıb. Digərləri natamam tərtib olunduğu, həmçinin əlillik təyinatına əsas vermədiyi üçün geri qaytarılıb və ya əlillik təyin edilməsindən imtina edilib. ƏƏSMN-dən verilən məlumata görə, Əlilliyin uzadılmasına dair təkrar müraciətlərə baxılması zamanı bu ilin ilk 6 ayının nəticələrinə görə, bu kateqoriyadan olan şəxslərin təqribən 30%-nin əlilliyi əsassız və ya saxtadır. Bu isə illik 150 milyon manatadək dövlət vəsaitinin haqqı olmayan, tam sağlam şəxslər tərəfindən saxta yollarla mənimsənilməsi deməkdir.

Cavid Əbdülqədirov həmçinin bildirdi ki, Vətən müharibəsində yaralanmış hərbçilərimizin əlilliyinin təyin olunması prosesi də operativ şəkildə həyata keçirilir.Artıq 400-ə yaxın təyinat aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.