Cəmiyyət

Yaralı yoldaşlarını döyüş meydanından çıxarıb özü şəhid oldu - VİDEO

30 Aprel 2021 13:09
Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Canını vətən uğrunda fəda edən qəhrəmanlarımızdan biri də Goranboy sakini Vüsal Nağıyevdir. O vətən müharibəsinin ilk günlərindən Talış, Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edir. Vüsal Nağıyev Murovdağ istiqamətində gedən döyüşlərdə yaralı yoldaşlarını döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olub. O, ölümündən sonra ''vətən uğrunda'' medalı ilə təltif edilib.

İşğaldakı torpaqlarımızı azad etmək onun də ən böyük arzularından biri idi. Ona görə hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında qalmağa qərar verir. Vətən müharibəsi başlayan gündən isə Talış, Suqovuşan istiqamətlərində ağır döyüşlərdə iştirak edir.

Goranboyun igid oğlu Vüsal Nağıyev Murovdağ istiqamətində də düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək hərbçi yoldaşları ilə birgə vacib postları ələ keçirir. Ərazidə yaralılar olduğundan Vüsal onları xilas etməyə cəhd edir. Bu zaman düşmənin atdığı mərmi onun istəyinə mane olur. Vüsal Nağıyev ötən il oktyabrın 30-da şəhadətə ucalır.

30 yaşlı qəhrəman Vüsal Nağıyev, 8 il əvvəl ailə qurmuşdu. 7 yaşlı Əmirastan və 6 yaşlı Əmirxan şəhidimizin yadigarlarıdır. Onlar atalarını səmada parlayan ulduzlara bənzədirlər.

Şəhidlik zirvəsinə yüksələndən bir neçə gün sonra onun ən böyük arzusu reallaşdı. Çox sevdiyi Şuşa düşmən tapdağından azad oldu .Qazanılan möhtəşəm qələbədə pay sahibi olan Vüsal Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.