Cəmiyyət

Xəzərin şor suyunun Kürə qarışması ciddi problem yaradır - VİDEO

23 Aprel 2021 10:14
Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qlobal iqlim dəyişiklikləri Kür çayına da təsirsiz ötüşməyib. Xəzərin şor suyu Kürə qarışıb, bu da ətraf ərazilərdə yaşayan insanların içməli su qıtlığına səbəb olub. Aidiyyəti qurumlar problemin həlli üçün hərəkətə keçiblər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şor su təsərrüfatların və mal-qaranın suvarılmasında ciddi çətinliklər yaradıb. İçməli su maşınlar vasitəsilə gətirilir, amma bu əhalinin təminatı üçün yetərli deyil.

"Azərsu" ASC sakinlərin içməli su ilə təminatı üçün 12 yaşayış məntəqəsində tikinti-quraşdırma işləri aparır. Bu məntəqələrdən 7-sinin ay yarıma, digər beşinin isə 75 günə yekunlaşacağı planlaşdırılır.

Problemi yaradan ən böyük səbəblərdən biri sudan səmərəsiz istifadə etməkdir. Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin baş direktoru Ağamir Həşimov deyib ki, problemin həlli üçün ilkin olaraq yeni sistemə keçilməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.