Cəmiyyət

Yeni subartezian quyuları qazılır - VİDEO

22 Aprel 2021 17:04
Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 17 il ərzində 2 991 subartezian quyusu qazılıb

Milli.Az Real TV-ə istinadən bildirir ki, 50 ilə yaxındır əhaliyə xidmət edən köhnəlmiş subartezian quyularının istismar müddətini tamamlaması yeni quyuların qazılmasına ehtiyac yaradırdı ki, hazırda bu işlər ölkənin demək olar bütün bölgələrində davamlı şəkildə aparılır.

Quyular əsasən kəndə yaxın ərazilərdə, yaşayış məntəqələrində qazılır. Subartezyan quyularının qazılması işlərini isə respublika üzrə Sumqayıt Melioservis idarəsi reallaşdırır.

Bu günə kimi qazılan quyuların hər biri tam işlək vəziyyətdədir. Ancaq ötən əsrin üçüncü yarısında istifadəyə verilən quyular üçün bu ifadəni işlətmək mümkün deyil. Hazırda uzun illər istifadə olunan və əhalinin təlabatını ödəyə bilməyən subartezian quyularının yaxınlığında yeni, tam müasir quyuların qazıntısı aparılır.

Əsasən bostan və tərəvəz bitkilərinin əkini ilə məşğul olan Hüsənli sakinləri suvarma suyu ilə yanaşı artıq içməli suya olan təlabatlarının da ödəniləcəyini bildirirlər.

Dərinliyi 150 metr olan yeni subartezian quyusu 15 gün müddətinə kənd əhalisinin istifadəsinə veriləcək. Quyunun qazıntı işləri yekunlaşdıqdan sonra ətrafı çəpərlənəcək və elektrik enerjisi ilə təmin ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.