Cəmiyyət

Şəhid Ceyhun Hacızadə şərəfli döyüş yolu keçib - VİDEO

22 Aprel 2021 13:29
Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onun ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Bu arzusu uğrunda da canını fəda etdi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Vətən müharibəsinin qəhrəmanlarından olan Ceyhun Hacızadədən gedir.

O, 1992- ci ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 2010-ci ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda isə könüllü olaraq ön cəbhəyə yollanıb. Tərtər rayonunun Suqovuşan və Talış kəndləri istiqamətində gedən ağır döyüşlərdə iştirak edib.

Ceyhun Hacızadə döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsi və texnikasını məhv edib. Döyüşlərin birində düşmənin minaatanlardan atdığı mərmi onların yaxınlığına düşüb. Ceyhun da qəhrəmancasına şəhid olub.

28 yaşlı gənc döyüşlərə qatılarkən nişanlı olub. Müharibəyə gedərkən anasına deyib ki, ən böyük arzusu vətənin azadlığıdır və yalnız müharibə qurtarandan sonra evlənəcək.

Şəhid Ceyhun Hacızadə ölümündən sonra ''Vətən uğrunda'' medalı ilə  təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.