Görmə məhdudiyyətli şəxslərin kitabxanası - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, bu gün ölkəmizdə fiziki məhdudiyyətli əhali qrupunun bir hissəsini görmə məhdudiyyəti olanlar təşkil edir. Heç bir məhdudiyyət bizi oxumaqdan kənar qoya bilməz deyən bu insanların sayları kifayət qədər olsa da respublikada onların mütaliə edə biləcəyi yeganə kitabxana var. Burda Azərbaycan, rus və türk dillərində dünya və uşaq ədədbiyyatına aid 35 mindən çox kitab var. Həm brayl əlifbası, həm də audio formatda yazılan kitablar xüsusi şəraitdə qorunub saxlanılır.
Dünyanı qəlbi ilə görənlər...
Onlar özlərini belə adlandırırlar. Bu gün ölkəmizdə 50 minədək görmə məhdudiyyətli insan var. Onlar bu məhdudiyyətlərinə baxmayaraq öz mütaliələrindən də qalmırlar. Respublikada görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan yeganə kitabxana Bakıda Nərimanov rayonu, 2-ci Sülh döngəsi 2 ünvanında yerləşən bu kitabxanadır. burada 19 işçidən 13-ü görmə məhdudiyyətlidir. Oxucuları isə 5 yaşdan 90 yaşadəkdir.
Görmə məhdudiyyətli insanlar üçün brayl əlifbası ilə çap olunan kitablar da var. Hətta Qurani Kərimin də brayl əlifbası ilə Azərbaycan dilinə mənaca tərcüməsi nəşr olunub.
Kitabxanada kitabı sadəcə oxumaq yox, eyni zamanda dinləmək də mümkündür.
Daha sonra bu səslər montaj olunaraq flashcard-a, diskə yazılır ki, görmə məhdudiyyəti olan şəxslər kiminsə köməyi olmadan mütaliə edə bilsinlər. Azərbaycanın Xalq artisti Eldost Bayramov, diktor Zərifə Ağahüseynqızı və digərləri bu kitabları səsləndiriblər.
Bu kitablardan sadəcə görmə məhdudiyyətli insanlar yox digər uşaqlar da istifadə edirlər. Xüsusilə nağıllara audio kitablar vasitəsilə qulaq asırlar.
Nazlı xanım qeyd edir ki, əvvəllər müraciətlər çox olsa da indi pandemiya ilə əlaqədar bura gələnlərin sayı azalıb. Amma kitabxana pandemiya dövründə də oxucuları üçün müəyyən şərait yaradır.
Nigar xanım qeyd edib ki, kitabxananın əsas kontingenti Gözdən Əlillər Məktəbinin şagirdləridir. Onlar da tez-tez bura üz tutur, tədbirlərə qatılır, müxtəlif proqramlarla çıxış edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
XƏBƏR LENTİ
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü





