"İnanmıram ki, "sms icazə" yenidən bərpa edilsin"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son bir neçə ayda Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı kəskin artıb. Belə ki, aprelin 7-də koronavirus infeksiyasına 2595 yeni yoluxma faktı qeydə alınıb, 1073 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Son sutkada 37 nəfər COVID-19-dan vəfat edib. Yoluxanların və ölənlərin sayında kəskin artımın olması "sms icazə" sisteminin yenidən bərpa edilməsi ehtimalını ortaya çıxarır.Bəs görəsən "Sms icazə" sistemi yenidən bərpa edilə bilərmi?
Milli.Az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, bu gün vəziyyət heç də ürək açan deyil:
"Mən inanmıram ki, "sms icazə" yenidən bərpa edilsin. Çünki "sms icazə" bərpa edilərsə o zaman müəssisələr bağlanmalı olacaq və insanların hərəkəti məhdudlaşdırılacaq. Bəzi müsəssisələrdə az işçi ilə işləməli olacaqlar. Bu baxımdan mən inanmıram ki, "sms icazə" yenidən bərpa edilsin. Bərpa edilərsə belə yoluxma sayı daha çox hansı şəhər və rayondadırsa orada ola bilər. Hazırda daha çox yoluxma Bakı şəhəri, Abşeron yarmadasındadır. O ki, qaldı avtobuslardakı sıxlıq məsələsi, bu daha çox Bakı şəhərində müşahidə olunur. Bunun da nizamlanması üçün BNA tərəfindən qrafiq qurula bilər. Yəni səhər saat 7-dən 10-a kimi, axşam 5-dən 8-ə kimi sıx qrafiqlə işləyə bilər. Avtobuslar həmin qrafiqə uyğun sərnişinləri daşıya bilər. Nəzarətin güclü olması vacibdir. Yəni hər bir dayanacağın nəzarətçisi olmalıdır ki, avtobuslarda insan sıxlığı olmasın. Bunun üçün də avtobuslar 1-2 dəqiqə intervalla işləməlidir. Buna insanlarımızda etiraz etməzlər. Əksinə məmnun olarlar. Düşünürəm ki, BNA bu məsələdə müəyyən addımlar atmalıdır. Avtobuslarda sıxlıq müşahidə olunan zamanları bu cür tənzimləyə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
XƏBƏR LENTİ
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
Leyla Əhmədova həbs edilib
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
-
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
-
“Qızıl top”u özümə verərdim” - Mbappe
-
Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq
-
Macarıstan 10 rus diplomatını ölkədən çıxarır
-
İnarə Mirhəsənova yüksək vəzifəyə təyin edildi
-
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
-
Əməkdar artist 25 il "cavanlaşdı" - Yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir
-
Media və Yayım Şurasına sədr təyin edilib - Sərəncam
-
Gələn il imtahan proqramlarının məzmununda ciddi dəyişiklik olacaq?
-
Merih Demiralın ailəsi dağılır? - Arvadının müzakirə yaradan qərarı...
-
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı - (Foto)





