Gənc Müəllimlər Assosiasiyasında yeni sədr
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının ( AGMA) ümumi yığıncağının qərarına əsasən, AGMA İctimai Birliyinin İdarə heyətinə yeni sədr seçilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu vəzifəyə Rüfət Əsədzadə təyinat alıb.
Qeyd edək ki, Rüfət Əsədzadə 2012-ci ildə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksini bitirib, həmin ildə Bakı Mühəndislik Universitetinə ingilis dilində kimya fakültəsinə qəbul olunub. 2017-2019-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında nano materiallar ixtisası üzrə magistratura pilləsində təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.
7 ildən çoxdur ki, təhsil sahəsində çalışır. Hazırda Bakı-Oksford məktəbində kimya və təbiət fənlərini tədris edir. Eyni zamanda bu müəssisənin nəzdində fəaliyyət göstərən təlim mərkəzində müəllimlərin peşəkar inkişafı üzrə koordinator vəzifəsini icra edir.
Formal və qeyri-formal təhsil metodlarının tətbiq olunması və tədrisi istiqamətində ixtisaslaşıb. Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, Macarıstan, Türkiyə və Ukraynada təhsil sahəsi ilə bağlı müxtəlif təlim və proqramların məzunu olub. "EduFriday" təhsil qurumunun rəhbəridir, həmçinin "Divarsız Məktəb" təhsil proqramı çərçivəsində uşaq, yeniyetmə və gənclərin inkişafı üzrə təhsilin məzmununa dəstək verir.
2020-ci ildən "Forest School Azerbaijan"da təhsil proqramlarının tətbiqi, təkmilləşdirilməsi və adaptasiyası üzrə işçi qrupuna rəhbərlik edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı vəfat etdi
-
Azərbaycanlılara şad xəbər: Şengen vizası asanlaşır
-
Səlim Müslümova ağır itki
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"
-
Vasif Rəsulova Hesablama Palatasında vəzifə verildi
XƏBƏR LENTİ
-
“Taliban” qadın adlarını da qadağan etdi: “Keçi”, “inək”...
-
Ülkər Yaşarqızının görüntüsü müzakirə yaratdı (Video)
-
Batumidə 2 “Beşiktaş”lı tələbəyə hücum edildi (Foto)
-
Bu 4 əlaməti görməzdən gəlməyin
-
Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü (Foto)
-
Çinin böyük hərbi təlimi: Adalar belə ələ keçiriləcək
-
Əfqanıstanda məktəbdə partlayış: 6 ölü, 97 yaralı
-
"Mənim pul seyfimin kodunu evdəkilər belə bilmir"
-
Fotosessiya zamanı at gəlini qaçırdı - (Video)
-
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
-
Türk aktrisa: “Ərə getmək fikrində deyiləm, həyat partnyoru istəyirəm”
-
103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı vəfat etdi
-
Neymar öz ətirini hazırlayacaq - (Foto)
-
Bazar günü yağış yağacaq
-
İlham Əliyev Əli Əsədovla bağlı sərəncam imzaladı
-
Azərbaycanlılara şad xəbər: Şengen vizası asanlaşır
-
18 yaşlı qadın öldü: Ərinin vəziyyəti ağırdır
-
Təmizlik işçisi gözəlliyi ilə diqqət çəkdi – (Video)
-
Sərhədi pozan Əfqanıstan vətəndaşları saxlanıldı
-
İlham Əliyev: Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
-
Prezident: Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur
-
İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
-
Hindistanda 400 min nəfərlik toy - Yeməyi fincanlara yığdılar - (Video)





