Cəmiyyət

Ramiz Mehdiyev uduzdu: Məhkəmə Əlövsət Quliyevi öz işinə bərpa etdi

20 Mart 2021 15:07
Baxış: 2 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 16-da Səbail rayon məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılıb.

Milli.Az bildirir ki, ovqat.com-un məlumatına görə, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar verib.

Qeyd edək ki, Əlövsət Quliyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin əmriylə işdən çıxarılmış, həmin vəzifəyə isə elmi ictimaiyyət arasında "makler-akademik" ləqəbi ilə məşhurlaşmış Qərib Məmmədov təyin edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.