Cəmiyyət

"Vaksinasiya ilə kifayətlənmək olmaz" - Deputat - VİDEO

18 Mart 2021 16:38
Baxış: 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda karantin rejim qaydaları sərtləşdirilə bilər və qapanma istisna olunmur. Buna səbəb ölkəmizdə koronavirusun yeni növü olan Britaniya ştammının tapılma ehtimalı və son zamanlar yoluxma sayında olan artımdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, millət vəkili Müşfiq Məmmədli deyib ki, qarşıdan gələn Novruz bayramında 9 günlük tətillə əlaqədar olaraq bir çox insan regionlara getməyi planlaşdırır.

Bu da öz növbəsində pandemiyanın və ən təhlükəli olan Britaniya ştammının yayılmasına, ölkədə yoluxma sayının artmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi qaçılmazdır.

Millət vəkili əlavə edib ki, immuniteti formalaşmış insanların sayı kifayət qədər olmadığı üçün karantin qaydalarının sərtləşdirilməsi hər zaman realdır.

Müşfiq Məmmədli bildirib ki, bu mərhələdə vaksinasiya da mühim əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə aparılan vaksinasiya qanedicidir. Amma bununla kifayətlənmək olmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.