Cəmiyyət

Göygöldə minik maşını işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb

18 Mart 2021 08:33
Baxış: 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21015" markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü, 1997-ci il təvəllüdlü Tural Qurbanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.