Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21015" markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü, 1997-ci il təvəllüdlü Tural Qurbanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Milli.Az