Cəmiyyət

Ötən il karantin rejiminin tələblərinin pozulmasına görə 42 nəfər həbs edilib

15 Mart 2021 16:49
Baxış: 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ildə xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə daxili işlər orqanları tərəfindən 367,6 min şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında qeyd edilib.

Hesabatda bildirilib ki, onlardan 366,5 min nəfəri cərimələnib, 1,1 min nəfəri isə həbs edilib.

İctimai iaşə obyektləri üçün müəyyən olunmuş iş rejimini pozan 482 şəxsə xəbərdarlıq edilib. Tətbiq olunmuş 44,6 mln. manat cərimənin 36%-nin ödənilməsi təmin edilib.

Karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə 696 cinayət işi başlanılaraq 42 nəfər barəsində həbs, 4 nəfər barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.