Cəmiyyət

Təhsil naziri intihar edən məktəblilərdən yazdı

9 Mart 2021 21:49
Baxış: 2 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "facebook" hesabında paylaşıb.

Nazir qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edək ki, bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini yerə atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.