COVİD-19 dövründə bütün dünyada məişət zorakılığı artıb - Hande Harmancı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi Hande Harmancı ilə görüşüb.
Komitədən Milli.Az-a verilən məlumata görə, komitə sədri görüşdə qadınların dünya miqyasında çətin və vacib işlərdə öz üzərinə götürdükləri rolu yüksək səviyyədə yerinə yetirdiklərini bildirib: "Siz həm təmsil etdiyiniz qurumun prioritetlərini və onların qarşınıza qoyduğu vəzifələri həyata keçirir, həm də təmsil olunduğunuz ölkə üçün vacib olan işlər görürsünüz. Bütün bunlara görə sizə dərin təşəkkürümü bildirirəm və inanıram ki, bu fəaliyyətiniz də daxil olmaqla, ümumi dünya səyləri öz nəticələrini verəcək və biz nəhayət normal həyata yenidən qayıdacağıq".
Hande Harmancı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rolunun vacibliyini vurğulayıb, Dövlət Komitəsi ilə hər zaman əməkdaşlığa hazır olduğunu deyib, COVİD-19 pandemiyası dövründə bütün dünyada məişət zorakılığının artdığını qeyd edərək, bu sahədə də hər zaman yardıma hazır olduqlarını nəzərə çatdırıb.
Daha sonra ÜST-ün Azərbaycandakı milli məsləhətçisi Vüqar Məmmədov "Azərbaycanda KT Sektorunun Gücləndirilməsi" layihəsi ilə bağlı təqdimatla çıxış edib, layihənin əsas məqsədinin əhalinin KT əlçatanlığı ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi, köməkçi vasitələrin əlçatanlığı üçün effektiv siyasətin tətbiq edilməsi və həyata keçirilməsinə dəstəyin verilməsi olduğunu qeyd edib. Köməkçi Texnologiya sistemlər və xidmətlər daxil olmaqla köməkçi vasitələr ilə əlaqəli mütəşəkkil bilik və bacarıqların tətbiqi olduğunu vurğulayan V.Məmmədov köməkçi vasitənin əsas məqsədinin insanın funksionallığını və cəmiyyətdə inkluzivliyini, yerini qorumaq və ya yaxşılaşdırmaq, onun rifahını bərpa etmək üçün xüsusi istehsal edilmiş və əlçatan hər hansı bir xarici vasitə olduğunu dedi.
ÜST-ün hazırladığı sorğunun ən müasir sosioloji tələblər əsasında tərtib olunduğunu bildirən Vüqar Məmmədov qeyd edib ki, sorğu bu günə qədər artıq 40 ölkədə tətbiq olunub. Həmçinin, Qarabağ və onun ətrafında baş verən münaqişədən bəhs edən V.Məmmədov əlavə edib ki, hazırda ölkəmizdə Köməkçi Texnologiyanın vacibliyinə ehtiyac əvvəlkindən də çoxdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
XƏBƏR LENTİ
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)





