Cəmiyyət

Tərtərdə “COVID-19”a qarşı vaksinasiya - VİDEO

5 Mart 2021 15:49
Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibb işçiləri 2-ci dəfə peyvənd olunur

Milli.Az Real TV-ə istinadən bildirir ki, Tərtər rayonunda tibb işçiləri, 50 və 65 yaşdan yuxarı vətəndaşların koronavirusa qarşı vaksinasiya prosesi davam etdirilir.

Rayon Mərkəzi Xəstəxanasında yaradılan peyvənd məntəqəsində sakinlərin qeydiyyatı aparılıb müayinə edildikdən sonra onlara vaksin vurulur.

Artıq 2-ci doza peyvənd olunan tibb işçiləri infeksiya ilə mübarizə üçün vətəndaşları da bu prosesdə aktiv iştirak etməyə çağırır.

Qeyd edək ki, ölkəmizdə koronavirusa qarşı vaksinasiyada Çinin Sinovac şirkətinin CORONAVAC peyvəndindən istifadə olunur. Yanvarın 21-dən başlayaraq regionlarda da mərhələli şəkildə əhalinin müxtəlif təbəqələri vaksinasiyaya cəlb olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.