"Yaralı halda şəhid yoldaşımı 40 km daşıdım" - Qazi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Döyüşlər vaxtı şəhid yoldaşımı ərazidən çıxarmaq istəyən zaman güllənin biri kürəyimdən, biri sinəmdən girdi. Yaralı halda şəhidi özümlə birlikdə 40 km daşıdım. Ağrılarıma baxmayaraq, çalışırdım ki, şəhidimizi gözü yollarda qalan valideynlərinə çatdırım.
Milli.Az bildirir ki, bunu Trend-ə Sumqayıt şəhərində yaşayan qazi Ruslan Rzayev deyib.
Onun sözlərinə örə, müharibəyə könüllü gedib və Füzuli, Beyləqan rayonları ərazisində sanitar təlimatçı kimi çalışıb. Oktyabrın 1-dən 14-ə qədər döyüş gedən ərazilərdən yaralı və şəhid daşıyıb:
"Oktyabrın 14-də gedən döyüşlər zamanı əraziləri dəqiq tanımadığım üçün neytral əraziyə gedib çıxdım. O zaman 3 güllə yarası aldım. Biri qoruyucu jiletdən keçərək sinəmdən, biri çiynimdən, biri kürəyimdən dəymişdi. Vurulduğum yerlə tibb xidmətinin maşını arasındakı məsafə çox uzaq idi. Arada təpəlik var idi. Təpəliyə çatanda 9 dəfə mərmi atıldı. Heç biri mənə dəymədi. Bu, möcüzə idi. O vəziyyətdə şəhidi çıxartmağım çətin idi, çünki məni dayanmadan vururdular. 4 qabırğam, qolumda sinir 4-5 yerdən qırılmışdı. Dəhşətli ağrılarım var idi. Mənim isə daldalanmaq üçün yerim yox idi. Həkimlərin dediyinə görə, çoxlu qanaxmam olmuşdu".
R.Rzayev deyib ki, əvvəlcə Füzuli rayonun Əhmədbəyli kənd xəstəxanasına yerləşdirilib. Daha sonra isə təcili tibbi yardım maşını ilə hərbi hospitala çatdırıblar.
Hazırda Sumqayıt Reabilitasiya Mərkəzində müalicə olunduğunu deyən R.Rzayev burada ona göstərilən qayğıdan çox razı qaldığını söyləyib:
"Biz orada Vətən qarşısında olan borcumuzu yerinə yetirdik. Bundan çox məmnunuq. Burada bizə qarşılıqlı münasibət gözəldir. Həkimlər bizə çox hörmətlə yanaşır, can yandırırlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp





