Cəmiyyət

İrana səfər qaydaları AÇIQLANDI

3 Mart 2021 21:59
Baxış: 2 313

İranın Azərbaycandakı səfirliyi koronavirusla mübarizə dövründə İrana səfərin qaydalarını açıqlayıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə İran səfirliyindən məlumat verilib.

İran səfirliyi bildirir ki, İran İslam Respublikasnın Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə İrana səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar: "Bununla əlaqədar İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi almalı və daha sonra isə İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazələri almalıdılar".

İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinin ünvanı: "Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269".
Telefonlar: +99412-433-03-11, +99412-434-19-76, +99412-434-03-40

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.