Ərşad Hüseynovdan Kamal Cəfərova cavab
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov İnzibati Xətalar Məcəlləsinə edilən düzəlişlərdə ciddi qüsurların olması ilə bağlı şərhinə deputat Kamal Cəfərovun cavabına yenidən reaksiya verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ə.Hüseynov deputatın arqumentlərini əsassız sayır: "Onun şərhi mənim iradlarımı nəinki təkzib etdi, hətta əksinə, fikrimi bir qədər də qətiləşdirməyimə, xüsusən də bu məsələdə belə yanlışlığa yol verilməsinin haradan qaynaqlandığını aydınlaşdırmağıma kömək etdi.
Cənab deputat deyir ki, mənim şərhim ictimaiyyətdə çaşqınlıq yarada bilər. Lakin həmin şərh heç bir çaşqınlıq yaratmayacaq, çünki qanunvericilikdə yol verilmiş onlarla belə boşluq, natamamlıq, məntiqsizlik təcrübədə müxtəlif üsullarla aradan qaldırılır.
Daha sonra hörmətli deputat hesab edir ki, mən bu layihəni diqqətlə oxumamışam və bu səbəbdən oradakı "nəqliyyat vasitəsini idarə etmək hüququ" ifadəsinə diqqət etməmişəm. Guya ki, həmin ifadə yol vərəqəsi ilə avtomobil idarə edilməsini aydın şəkildə ehtiva edir.
Lakin apponentimə xatırlatmaq istəyirəm ki, "Yol hərəkəti haqqında" qanundan aydın olur ki, bu ifadə istisnasız olaraq, müvafiq nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olmanı ehtiva edir. Bunu yol vərəqəsi üzrə avtomobil idarə etmə kimi başa düşməyə yer yoxdur".
Deputat K.Cəfərov cavab yazısında qeyd edib ki, Məcəllənin 96.1.1-ci maddəsinin köhnə redaksiyadakı "yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas" sözləri yol vərəqəsini ehtiva edir.
Ekspert isə bildirib ki, burada həlledici ifadə "həmin nəqliyyat vasitəsini" ifadəsidir: "Deputat bu ifadəyə lazımi diqqət etməyib, çünki, bu ifadə bütövlükdə belədir: "sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas".
Sürücülük vəsiqəsi və qeydiyyat şəhadətnaməsi sadalandıqdan sonra işlədilməsi konkret nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti kimi təfsir edilə bilər.
Lakin yeni layihədə vurğu sənədlərə yox, hüquqa edilir. Bu zaman "nəqliyyat vasitəsini idarə etmək hüququ" ilə yanaşı "nəqliyyat vasitəsinə sahiblik hüququ" ifadəsi işlədilir.
Hörmətli deputatın dediyi ki, "nəqliyyat vasitəsini idarə etmək hüququ" yol vərəqəsini ehtiva edirsə, bu mənada da işlədilirsə, onda qeydiyyat şəhadətnaməsi, etibarnamə, icarə müqaviləsi kimi sənədləri daha aydın və dəqiq ifadə edirmiş kimi sayılmalıdır.
Belə olan təqdirdə, həmin ifadələr ("nəqliyyat vasitəsini idarə etmək hüququ" və "nəqliyyat vasitəsinə sahiblik hüququ") niyə yanaşı işlədilir, nəyə görə qanunda taftalogiyaya yol verilir?
İş burasındadır ki, yol vərəqəsi əsasında avtomobil idarə etmə ilə bağlı məsələ həm qanunda, həm də Məcəllədə həmişə arxa planda qalıb. Ona görə bu layihədə də belə bir sənəd barədə unudulub və fərqinə varmadan düzəliş edilib.
Hörmətli deputatın bu istiqamətdəki iradlarının yersiz olduğunu təsdiqləmək üçün gətirdiyim arqumentlər yetərlidir".
Ə.Hüseynov qeyd edib ki, sürücünün özü ilə hansı sənədi gəzdirməsi, yol polisi ilə ünsiyyət, ona hansı sənədi təqdim etməli olması Məcəllənin deyil, Yol hərəkəti haqqında" qanunun predmetidir: "İnzibati Xətalar Məcəlləsi inzibati məsuliyyətlə bağlı məsələləri tənzimləyir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb





