Son günlər Bakıda yaranan tıxacın səbəbləri açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar həftənin ayrı-ayrı günləri, xüsusilə günün səhər saatlarında paytaxtın giriş hissələrindəki yollarda nəqliyyat sıxlığının yaranması müşahidə edilir.
Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən məlumata görə, yaranmış vəziyyətlə bağlı aparılmış təhlillər göstərir ki, paytaxtın yol infrastrukturunun inkişaf etməsinə baxmayaraq yaranan sıxlıqların əsas səbəblərindən biri bəzi sürücülərin nasaz avtomobillərlə yola çıxmalarıdır: "Belə ki, bir avtomobilin nasazlığa, yaxud yanacağının bitməsinə görə yolun hərəkət hissəsində dayanması arxadan həmin zolaqla gələn yüzlərlə digər nəqliyyat vasitələrinin də dayanmasına səbəb olur. Arxadakı sürücülərin hərəkəti davam etdirmək niyyəti ilə qonşu zolaqlara keçmək istəkləri isə bütün zolaqlar üzrə nəqliyyatın ümumi hərəkətinə mənfi təsir göstərir ki, bu da həmin avtomobillərin təxliyə olunmasını və ya onlara texniki yardım göstərilməsini mümkünsüz edir. Artıq belə olan halda, əlbəttə ki, yollar nə qədər genişləndirilsə də effekti az olacaq.
Qeyd olunanları nəzərə alaraq, hərəkət iştirakçılarının yollarda əlavə vaxt itkisinin qarşısının alınması, habelə nəqliyyatın rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə DİN Baş DYP İdarəsi bir daha sürücülərin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün vaxtlı-vaxtında texniki xidmət göstərməli və onların istismarı zamanı müəyyən edilmiş tələblərə riayət etməlidirlər. Bu tələblərin pozulması digər hərəkət iştirakçılarının yollardan istifadə hüquqlarının pozulması ilə bərabər təcili və təxirəsalınmaz tədbirləri həyata keçirən operativ nəqliyyat vasitələrinin də hərəkətinə maneə yaratmaqla inzibati məsuliyyətə səbəb olan xəta hesab olunduğundan bu növ xətaya yol vermiş sürücülər və cavabdeh şəxslər ciddi inzibati cəza tədbirlərinə cəlb olunacaqlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
XƏBƏR LENTİ
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
Air Astana Qazaxıstan və Bakı arasında qış reyslərinə aviabiletlərin satışını açıb
-
UEFA Avropa Liqası: İlk turun matçları
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı





