“Xocalıya ədalət” - Seulda silsilə tanıtım və məlumatlandırma aksiyaları davam etdirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Koreya Respublikasının paytaxtı Seul şəhərində silsilə tanıtım və məlumatlandırma aksiyaları davam etdirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Koreyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tanıtım kampaniyası çərçivəsində Seul şəhərinin məşhur Qanqnam dairəsi ərazisindəki COEX sərgi kompleksinin yerləşdiyi ərazidə və həmçinin Qanqnam dairəsinin əsas küçəsində böyük həcmli monitorlarda "Xocalıya ədalət" elektron bannerləri yerləşdirilmişdir.
Koreyanın ən böyük sərgi kompleksi olan COEX sərgi kompleksi beynəlxalq səviyyədə mühüm tədbirlərə, o cümlədən 2010-cu ildə keçirilmiş G-20 ölkələri dövlət və hökumət başçılarının sammiti və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi 2012-ci ildə keçirilmiş Nüvə Təhlükəsizliyi sammitinə ev sahibliyi etmişdir.
Gün ərzində yüz minlərlə Seul sakinin hərəkət etdiyi, Seul şəhərinin ən çox əhalisinin yaşadığı və ən nüfuzlu dairəsi hesab edilən Qanqnam ərazisində yerləşdirilmiş elekton bannerlərlərdə ingilis və Koreya dillərində "Xocalıya ədalət" şüarı və həmçinin www.justiceforkhojaly.org və Koreya dilində fəaliyyət göstərən www.khojaly.or.kr internet səhifələri nümayiş etdirilir.
"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində həmçinin paytaxt Seul şəhərinin mərkəzi ərazisində yerləşən İtevon küçəsində 100-ə yaxın "Xocalıya ədalət" bannerləri asılmışdır. İngilis və Koreya dillərində "Xocalıya ədalət!" şüarının əks olunduğu bannerlərin asıldığı İtevon küçəsi Seulun ən izdihamlı və xarici turistlərin ən çox ziyarət etdikləri küçələrindən biri hesab edilir. İtevon küçəsinin yerləşdiyi Yonqsan dairəsi həm də xarici ölkələrin Seulda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların inzibati binalarının və iqamətgahlarının yerləşdiyi əsas ərazidir.
Kampaniya çərçivəsində həmçinin Azərbaycan Respublikasının Koreyadakı səfirliyinin inzibati binasının önündə "Xocalıya ədalət" bannerlərinin asıldığı xatirə guşəsi yaradılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
XƏBƏR LENTİ
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)





