Cəmiyyət

Məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA

24 Fevral 2021 19:54
Baxış: 4 975

Havanın qarlı və küləkli olması bu gün məktəblərdə dərsə davamiyyətin aşağı olmasına səbəb olub. Davamiyyətin aşağı olması, eyni zamanda şaxtalı hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq sabah məktəblərdə əyani formada dərslərin keçirilib-keçirilməyəcəyi ilə bağlı da suallar yaradıb.

Milli.Azxəbər verir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə fevralın 25-də tədrisin dayandırılması ilə bağlı qərar verilməyib:

"Nazirlikdə bu barədə məlumat yoxdur. Belə məlumatlar olduğu zaman onlar rəsmi şəkildə ictimaiyyətə açıqlanır".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.