Cəmiyyət

Azərbaycanda yoluxanların sayı artdı

23 Fevral 2021 14:54
Baxış: 6 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 012 nəfər müalicə olunaraq sağalıb, 3 204 nəfər vəfat edib, aktiv xəstə sayı 2 208 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 043, ötən müddət ərzində isə ümumilikdə 2 563 101 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.