Gənclər təşkilatlarının təklif və iradları dinlənildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gənclər və İdman Nazirliyi fevral ayından başlayaraq gənclər təşkilatları ilə silsilə görüşlərə start verib. Milli.Az bildirir ki, növbəti görüş 22 fevral 2021-ci il tarixdə nazir müavini İntiqam Babayevin rəhbərliyi altında gerçəkləşib. 17 Gənclər təşkilatının rəhbərlərinin iştirak etdikləri görüşdə, təşkilatların fəaliyyəti ilə bağlı görülmüş işlərin hesabatı, təklif və iradlar dinlənilib, suallar cavablandırılıb.
Görüşlərin keçirilməsində əsas məqsəd gənclər təşkilatları ilə işin gücləndirilməsi, eyni zamanda, onların Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin daha genişləndirilməsi və təşkilatlara dövlət dəstəyinin artırlmasıdır.
Qeyd edək ki, növbəti görüşün beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən gənclər təşkilatları ilə keçirilməsi nəzərdə tutulub.
Görüşdə gənclər təşkilatlarını narahat edən aşağıdakı məsələlər barədə müzakirələr aparılıb:
- azad edilmiş ərazilərin bərpası prosesində gənclər təşkilatlarının iştrakı;
- şəhid və qazi ailələrinin övladları ilə iş;
- şəhidlərin keçdikləri həyat rolu barədə film və qısa videoların hazırlanması;
- dövlət proqramlarının hazırlanması və icrasında gənclər təşkilatlarının rolunun artırılması;
- təşkilatların birgə əməkdaşlığı;
- sağlam həyat tərzinin təbliği və narkomaniyaya qarşı mübarizə;
- regionlarda gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsi;
- erkən nikahların qarşısnın alınmasında maarifləndirmə işinin aparılması;
- Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında sosial media platformalarından daha fəal istifadənin təşviq edilməsi;
- gənclər təşkilatlarında könüllülük fəaliyyəti;
- beynəlxalq əməkdaşlıq və s.
Görüşdə aşağıdakı təşkilatlar iştirak edib:
1. Azərbaycan Maarifçi Gənclər Təşkilatı
2. "Avropa Gənclər Parlamenti - Azərbaycan" İctimai Birliyi
3. "Bakı Gənclər Klubu" İctimai Birliyi
4. "Bizim Gənclik" İctimai Birliyi
5. "Gənc Sahibkarlar Klubu" İctimai Birliyi
6. "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyi
7. "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi
8. "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyi
9. "İslahtçı Gənclər" İctimai Birliyi
10. "İşıqlı Gələcək" Gənclər İctimai Birliyi
11. "Odlar Yurdu" Gənclər İctimai Birliyi
12. "Region Gənclərinin İnkişafına Töhfə" İctimai Birliyi
13. "Saf Həyat Naminə" Gənclər İctimai Birliyi
14. "Sağlam Düşüncə" Gənclər Təşkilatı İctimai Birliyi
15. "Sağlam Gəncliyə Doğru" İctimai Birliyi
16. "Sağlam Yaşa" Gənclərin Maarifləndirilməsi İcitmai Birliyi
17. Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir
-
BDYPİ sürücülərə müraciət etdi
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
Ətir seçərkən bunlara diqqət edin
XƏBƏR LENTİ
-
Mbappe Ardadan danışdı: “1 saniyə göz-gözə gəlməyimiz kifayətdir”
-
Məşhur müğənnini daşıyan təyyarə alovlara büründü - (Video)
-
Xalq artistinin ailəsində xoş gün - (Video)
-
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə baş tutacaq
-
Bakıda “Mercedes” piyadanı vuraraq öldürdü
-
Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir
-
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
BDYPİ sürücülərə müraciət etdi
-
Tanınmış aparıcı canlı yayımda qardaşının ölüm xəbərini aldı - (Video)
-
"Brent" bahalaşdı
-
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'





