Məcburi köçkünlər arasında qayıdış haqqında onlayn-sorğu başlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020-ci ilin payızında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Milli Ordumuz ölkəmizin 30 ilə yaxın işğal altında qalan ərazilərini azad etdi. Bu ərazilərin bərpası və hərtərəfli inkişafı indi dövlətimizin və cəmiyyətimizin əsas vəzifələrindəndir.
ADA Universitetindən Milli.Az-a bildirilib ki, bərpa və yenidənqurma prosesinin mərkəzi vəsiləsi - məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir.
Bu məqsədlə dövlət başçısının sərəncamı ilə yaradılmış "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı" nəzdindəki İdarələrarası Mərkəzin "Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu" yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də ADA Universitetində aparılan "Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması" adlı tədqiqat işidir.
Bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcəkdir. Onların birincisi - internet üzərindən keçirilən onlayn-sorğudur. Bu sorğu dövlət sifarişi əsasında, müstəqil qrup kimi fəaliyyət göstərən və bir neçə elmi-tədqiqat və təhsil müəssisəsinin mütəxəssislərindən ibarət olan alimlər tərəfindən keçirilir. Sorğu iştirakçılarının şəxsi məlumatlarının və verdikləri cavabların konfidensiallığına tam zəmanət verilir.
Sorğu bu gündən (fevral ayının 22-dən) etibarən açıqdır, yəni artıq sorğu suallarını cavablandırmaq mümkündür. Sorğu anketinin doldurulması cəmi 5-6 dəqiqə vaxt aparır. Sorğuda iştirak etmək üçün məcburi köçkünlərin https://sorgu.ada.edu.az ünvanına daxil olmaları kifayətdir.
Tədqiqat Qrupu məcburi köçkünləri bu sorğuda fəal iştirak etməyə, suallara səmimi cavab verməyə çağırır. Nəzərə almalıyıq ki, bu sorğu da, buna bənzər digər araşdırmalar da Qarabağa qayıdacaq həmvətənlərimizin rəy və təkliflərini nəzərə almaq üçündür. Biz öz gələcəyimizə özümüz məsuliyyət daşıyırıq!
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı olub (Foto)
-
Səbinə Salmanovaya ağır itki
-
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
-
İran Yaponiya ilə neft satışını müzakirə edir
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Yeni insanlarla tanış olmaq karyeranızda müsbət irəliləyişlərə səbəb ola bilər
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı olub (Foto)
-
Səbinə Salmanovaya ağır itki
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb
-
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
-
DÇ-2026: Fransanın oyunu təxirə salına bilər
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)
-
"Arzum"un həyat yoldaşı Denis danışdı (Video)
-
İran Yaponiya ilə neft satışını müzakirə edir
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
Zəngilanda bir nəfər çayda boğulub
-
"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."
-
"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)
-
Övladları ilə birlikdə faciəvi şəkildə həlak olan Şərifin (Fotosu)
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı





