Obyektlərə daxil olan polis necə davranmalıdır? - DİN-dən AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar polis əməkdaşlarının hər hansı qapalı məkana və ya ictimai iaşə obyektinə daxil olarkən aqressiv davranması və vətəndaşlara təzyiq göstərməsi ilə bağlı bir sıra videolar yayılır. Sonradan görürük ki, vəzifəsindən sui-istifadə edən həmin əməkdaşların bəziləri işindən azad olunur.
Bəs maraqlıdır ki, polis əməkdaşı obyektə daxil olarkən özünü necə aparmalı və təqdim etməlidir?
Milli.Az bildirir ki, "news24.az" bu suala cavab tapmaq üçün Daxili İşlər Nazirliyinin rəsmisi, polis polkovniki Ehsan Zahidovun fikirlərini öyrənib.
O, polis əməkdaşlarının rəftar qaydasını belə izah edib:
"Polis əməkdaşı obyektə daxil olduqdan sonra özünü təqdim etməli, daha sonra Nazirlər Kabinetinin qərarlarının icrası ilə bağlı nəzarət qaydasında məkana baxmalı və hər hansı bir qayda pozuntusu varsa, onu qeydə almalıdır.
Yekun olaraq isə protokol yazıb təqdim etməlidir. Vətəndaş hər hansı bir polis əməkdaşının tələbinə tabe olmaz və özünü təqdim etməzsə, bu halda həmin şəxs bölməyə də aparıla bilər. Polis bölməsində isə onun şəxsiyyəti müəyyən edilir.
Polis əməkdaşı mülki formada obyektə daxil olursa, öz vəsiqəsini təqdim etməlidir. Ancaq xidməti geyimdə daxil olursa, bu zaman ehtiyac yaranmaz.
Polis əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar qapalı məkanlara girə bilər. Bu, onun vəzifəsidir və heç bir qayda pozuntusu yoxdur.
Vətəndaş səbirsiz davranış formasını göstərirsə, polis onu sakitləşdirməlidir. Əgər qanuna tabe olmursa, polisə qarşı müqavimət göstərirsə, həmin şəxs bölməyə aparılır və barəsində qanuna müvafiq sənədləşmə işləri aparılır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)





