Cəmiyyət

Zakir Qaralov: "Ziya Bünyadovun qatillərindən 2-si İranda sığınacaq tapıb"

27 Aprel 2010 13:29
Baxış: 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az məlumatına görə, Milli Məclisin bu günkü iclasında çıxış edən Zakir Qaralov bəyan edib ki, Elmar Hüseynovun və Ziya Bünyadovun qətlləri ilə bağlı cinayət hadisələrinin istintaqı açıqdır: "Elmar Hüseynovun qətlinin səhərisi gün prezidentin yanında Təhlükəsizlik Şurasının iclası keçirildi. Mənim tərəfimdən Avropadan olan ekspertlərin istintaqa cəlb olunması təklif olundu. Bu qətl 2005-ci ildə - parlament seçkiləri ilində ölkədə ictimai-siyasi sabitliyin pozulmasına cəhdlər olan vaxtda törədilmişdi". Baş prokuror dedi ki, istintaq zamanı qətli törədən şəxslər müəyyənləşdirilib, onlar barəsində axtarış elan edilib.

Z.Qaralov Ziya Bünyadovun qətlinin İranın dini dairələri tərəfindən sifariş edildiyini, bəzi şəxslərin həbs edildiyini, qatillərdən ikisinin isə həmin ölkədə sığınacaq tapdığını bildirdi: "Həmin şəxslər Cavanşir Aslanov və Tariyel Ramazanovdur".

Fidan
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.