Cəmiyyət

Bakıda bu saatlarda avtobus zolaqlarına girmək olar - YENİLİK

16 Fevral 2021 09:17
Baxış: 3 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, Bakı Nəqliyyat Agentliyi tərəfindən bir neçə küçə və prospektdə avtobus zolaqları çəkilib.

Bu, o deməkdir ki, digər nəqliyyat vasitələri həmin zolaqlara daxil ola bilməz.
Bu zolaqlar yalnız sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub.

Milli.Az avtosfer.az-a istinadən apardığı araşdırma zamanı məlum oldu ki, bəzi küçələrdə avtobus zolaqlarının başlanğıcına xüsusi nişanlar qoyulub. Bu nişanlar müəyyən saatlarda digər nəqliyyat vasitələrinin də zolaqlara daxil olmasına icazə verir.
Belə ki, Mikayıl Useynov küçəsində Bayraq meydanından Azneft dairəsinə qədər olan ərazidəki zolağa səhər saat 7-dən axşam 8-ə qədər daxil olmaq qadağandır.  

Qara Qarayev prospektində səhər saat 7:00-dan 10:00-a və axşam 16:00-dan 19:00-a qədər zolaqlara girmək qadağandır.  Digər saatlarda isə sürücülər həmin zolaqlardan istifadə edə bilər.
Günün pik saatları istisna olmaqla bəzi küçələrdə zolaqlardan istifadəyə icazə verilir. Amma zolağa daxil olmazdan əvvəl diqqətli olmaq lazımdır. Çünki hər küçə üçün ayrıca vaxtlar müəyyən olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.