Cəmiyyət

Bakıda 11, bölgələrdə 18 dərəcə isti olacaq - HAVA PROQNOZU

11 Fevral 2021 13:53
Baxış: 1 523
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, sabah bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 9-11, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə 2-6 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq.

Fevralın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.