Cəmiyyət

Gizli toy edənlər saxlanıldılar - 19 nəfər cərimələndi

11 Fevral 2021 12:17
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmazda gizli şəkildə keçirilən toy məclisinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman restoranlardan birində gizli şəkildə toy mərasiminin keçirildiyini aşkar ediblər.

Şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb, məclisin təşkilatçısı və orada iştirak edən 50-yə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Məclis iştirakçılarından 19 nəfərə İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub, qadınlar və azyaşlılarla isə profilaktiki söhbətlər aparılaraq karantin rejimi qaydalarına riayət etmələri barədə məlumat verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.