Cəmiyyət

Sülhməramlılar Kəlbəcərə tikinti materialları çatdırıb - VİDEO

8 Fevral 2021 13:46
Baxış: 1 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya sülhməramlıları Kəlbəcər bölgəsinə 150 ​​ton humanitar yardımın çatdırılmasını təmin edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Sülhməramlı kontingent Azərbaycan Respublikasına qaytarılmış ərazilər arasında humanitar yüklərin tranzitini təşkil edir.

Bildirilib ki, sosial obyektlər və yaşayış binalarında enerji və su təchizatı sistemlərinin bərpası üçün 20 "KamAZ" hərbi yük maşını və onu müşayiət edən 5 avtomobildən ibarət Humanitar Reaksiya Mərkəzinin ikinci kolonu Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialını çatdırıb. Konvoyun marşrutunun Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçdiyi bildirilib.

Sözügedən yardımın 9 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sazişin şərtləri əsasında göstərildiyi qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.