Cəmiyyət

"Koronavirusdan sonra psixatrik xəstəliklər yaranır" - Həkim

31 Yanvar 2021 16:53
Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusdan sağalan bir çox şəxslərdə sonradan psixatrik xəstəliklər yaranmağa başlayır.

Milli.Az xəbər verir ki, bunu axar.az-a açıqlamasında psixiatr Orxan Fərəcli deyib. O bildirib ki, xəstəlikdən sağalan şəxslərdə daha çox təşviş reaksiyaları qeydə alınır:

"COVİD-19 keçirib sağalan şəxslərdə təşviş, həyəcan reaksiyalarına çox rast gəlinir. Bəzi şəxslərdə isə panik atak yaranır. Bundan başqa, bəzi şəxslər var ki, onlarda əvvəllər panik atak, təşviş kimi problemlər olub, lakin sonradan yaxşılaşıb. Onların bir qrupunda koronadan sonra bu hallar təkrar büruzə verməyə başlayıb".

O.Fərəcli qeyd edib ki, bu halların daha çox kişilər, yoxsa qadınlar arasında qeydə alınması barədə hələlik hansısa statistika yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.