Cəmiyyət

Azərbaycanda bu gün COVID-19-a yoluxanların sayı açıqlandı

26 Yanvar 2021 16:31
Baxış: 6 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 116 nəfər müalicə olunaraq sağalıb, 3 100 nəfər vəfat edib, aktiv xəstə sayı 5 142 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 807, ötən müddət ərzində isə ümumilikdə 2 372 616 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.