İşğaldan qurtulan, Gülöyşə narı ilə tanınan Şelli - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarabağın dilbər guşələrindən biri də Ağdam rayonunun Şelli kəndidir. Qarqar çayının kənarında, dağlarla əhatə olunmuş bu kənd respublikamızda gülöyşə narı ilə tanınıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ermənistan silahlı bölmələri tərəfindən işğal edilənə qədər Şelli kəndində bağçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi. Kənddəki nar bağlarından yığılan məhsul nəinki respublikamızın müxtəlif bölgələrinə, eləcə də keçmiş sovet respublikalarına göndərilirdi. Azərbaycanda narçılığın inkişaf etdiyi Göyçayda nar plantasiyaları salınarkən Şelli kəndindəki gülöyşə nar sortunun qələmlərindən istifadə edildiyi deyilir.
Erməni qəsbkarları 1993-cü ildə Şelli kəndini işğal edən zaman məktəb və uşaq bağçasının binalarını, qədim məscidi və yaşayış evlərini talan edərək dağıdıblar. Kənddəki nar bağlarına isə gəlir mənbəyi kimi istifadə etdikləri üçün toxunmayıblar. Son illərdə Şelli kəndində ermənilər qanunsuz məskunlaşdırma aparırdılar.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ağdam rayonunun digər əraziləri kimi, Şelli kəndi də Ermənistan ordusu tərəfindən boşaldılıb. Ermənilər kəndi tərk edərkən bir çox evləri yandırıblar.
Artıq işğaldan azad edilmiş yaşayış məntəqələrimizin, o cümlədən Şelli kəndinin də yeni dövrü başlayır. Sakinlər doğma kəndlərinə qayıtdıqdan sonra burada yenidən bağçılıq və heyvandarlıq inkişaf etdiriləcək. Gülöyşə narı ilə tanınan Şelli kəndinin keçmiş şöhrəti yenidən qayıdacaq.
Şelli kəndindən görüntüləri təqdim edirik.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)





