Cəmiyyət

Şamaxıya yağan qar uçquna səbəb olub - FOTO

22 Yanvar 2021 15:32
Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şamaxıya yağan qar uçquna səbəb olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Salman Mümtaz küçəsində qeydə alınıb. Rayon sakini İsmayılova Naibxanım Əliş qızına məxsus fərdi yaşayış evin həyətindəki çardaq yağan qarın ağırlığına tab gətirməyərək uçub.

Uçqun nəticəsində yaşayış evinin giriş qapısının qarşısı kəsildiyi üçün 80 yaşlı Naibxanım İsmayılova evin içində köməksiz vəziyyətdə qalib. Hadisədən xəbər tutan qonşular Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə zəng vuraraq məlumat veriblər. Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları həmin əraziyə cəlb olunub. Evin önünü kəsən dam örtüyü sökülərək hadisə yerindən götürülüb və evdə köməksiz vəziyyətdə qalan qadını xilas olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.