Cəmiyyət

Ağsu aşırımında yol buz bağladı, avtomobillərin hərəkəti çətinləşdi

21 Yanvar 2021 09:57
Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə ərazisində havanın qeyri-sabit keçməsi avtomobil yollarında bəzi çətinliklər yaradıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı-Şamaxı yolunun bəzi hissələrində buzlaşma müşahidə edilib. Yolun Ağsu dolayları və Muğanlı-İsmayıllı ərazilərində yollarda buz qatları əmələ gəlib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, ölkə ərazisində baş verən qeyri-sabit hava şəraiti avtomobil yollarına da təsirini göstərib: "Dağlıq və dağətəyi ərazilərdə qarın yağması davam edir. Bununla əlaqədar avtomobil yollarında qısamüddətli problem yarana bilər. Hər hansı problem yaranarkən çalışırıq ki, bu problem aradan qaldırılsın. Hazırda Ağsu aşırımı, Muğanlı-İsmayıllı yolları və dağlıq ərazilərdən keçən digər yollara qarın yağması davam edir. Sürücülərdən xahiş edirik ki, avtomobillərini qış şinləri ilə idarə etsinlər. Əks halda onların hərəkətinə müəyyən çətinliklər yaranacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.