Cəmiyyət

Göyçayda keçmiş məhkumdan narkotik götürülüb - FOTO

20 Yanvar 2021 12:40
Baxış: 877
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ə.Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda 7 qram, yaşadığı ünvana baxış keçirilən zaman isə 465 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.