Cəmiyyət

CBC TV-yə Qarabağda yayım üçün müddətsiz lisenziya verilib

18 Yanvar 2021 15:06
Baxış: 641
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Milli Televiziya və Radio Şurasının 29 dekabr 2020-ci il 13/3 saylı Qərarı ilə "Caspian İnternational Broadcasting Company" MMC-yə (CBC TV kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyası verilmişdir.

Milli Televiziya və Radio Şurasından Mİlli.Az-a verilən məlumata görə, 05 fevral 2020-ci il tarixli 2/2 saylı Qərarına əsasən "ATV PLUS" MMC "TV Texservis" MMC-nin ona qoşulması ilə əlaqədar olaraq yenidən təşkil edildiyinə və onun hüquqi varisi olduğuna görə "TV Texservis" MMC-yə Şura tərəfindən verilmiş lisenziya ləğv edilmişdir.

Şuranın 13 may 2020-ci il tarixli 7/1 saylı Qərarına əsasən hazırda ümumrespublika yayımçısı kimi fəaliyyət göstərən "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nin (REAL TV) müraciəti əsasında ona peyk yayımı üçün Şura tərəfindən verilmiş verilmiş lisenziya ləğv edilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.