Cəmiyyət

MN səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri ilə bağlı məlumat yaydı - VİDEO

17 Yanvar 2021 15:04
Baxış: 1 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiyaya 6 gün ərzində 1751 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 202 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Komissiya tərəfindən həftə ərzində cəmi 1953 vətəndaş qəbul edilib və müraciətləri qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.