Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020-ci il üzrə 1500 nəfərlik mənzil və fərdi ev proqramı uğurla başa çatdırıldı
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə tariximizin şanlı qəhrəmanlıq səhifəsinə çevrilən 2020-ci il sosial sahədə mühüm sosial proqramların daha da genişləndiyi bir il kimi yadda qaldı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Beyləqan və Tərtər rayonları da daxil olmaqla bir sıra bölgələrdə 20 fərdi yaşayış evinin şəhid ailələrinə, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edildiyi tədbirlərdə vurğulanıb.
Beyləqan və Tərtər rayonlarında evlərin təqdim edilməsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, həmin rayonların İcra Hakimiyyətlərinin başçıları Asif Ağayev və Müstəqim Məmmədov iştirak ediblər.
H.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2020-ci il üzrə rekord sayda - 1500 mənzil və fərdi evin verilməsi proqramı uğurla icra olunub. Həmçinin ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatına sosial tərəfdaşlar tərəfindən sosial məsuliyyət çərçivəsində mühüm dəstək göstərilib və onlar tərəfindən mənzillərin, fərdi evlərin verilməsi işləri davam edir.
Nazir müavini ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 9100-dən çox mənzil və fərdi ev verildiyini deyib. H.Abdullayev qeyd edib ki, keçmiş köçkünlər üçün azad edilmiş yurd yerlərində evlərin tikiləcəyi nəzərə alınmaqla, Prezident İlham Əliyev onlar üçün inşa olunmuş mənzillərin şəhid ailələrinə verilməsini tapşırıb. Dövlət başçısının göstərişi ilə həmin mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri görülür. Bu da nəticədə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların evlə təminatında çox mühüm bir irəliləyişə imkan yaradacaq.
O vurğulayıb ki, cənab Prezidentin 2020-ci il 30 dekabr tarixli Fərmanları şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi qayğının növbəti təzahürü oldu. Fərmanlarla şəhid ailələri üçün Prezidentin təqaüdü 66,7% artırılaraq 300 manatdan 500 manata, Azərbaycanın Milli Qəhrəmanları üçün 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırıldı. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün də həmin təqaüd orta hesabla 50%-dən çox artırıldı. Vətən Müharibəsi Qəhrəmanları üçün də Prezidentin aylıq təqaüdü (2 000 manat) təsis edildi.
Yeni fərdi evlərlə təmin edilən vətəndaşlar onların sosial müdafiəsinin gücləndirilməsinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi xüsusi qayğıya, bu gün isə fərdi evlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi





