Ağdama yeni dəmir yolu çəkilir - Trend-in çəkiliş qrupu tikinti meydanında - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bərdə-Ağdam dəmir yolu xətti Yevlax-Xankəndi dəmir yolunun bir hissəsidir. Bu yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğalı nəticəsində istifadəyə yararsız hala düşdü. Həmin vaxtdan sonra 30 ilə yaxın müddətdə qatarların son dayanacağı Tərtər rayonunun Köçərli stansiyası olub.
44 günlük Vətən Müharibəsində qazandığımız qələbədən sonra bu polad magistral da bərpa olunaraq, sərnişinlərin ixtiyarına veriləcək. Hazırda dəmir yolu xəttinin Bərdədən başlayaraq Ağdama qədər uzanan 45 kilometrlik hissəsi yenidən tikilir. Dəmir yolu xəttinin layihələndirmə və tikinti işləri iki mərhələdə həyata keçiriləcək. İlkin layihə olaraq Bərdə-Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam dəmir yolu bərpa ediləcək. Layihəyə uyğun olaraq torpaq yatağının işlənməsi, Köçərli, Təzəkənd, Ağdam stansiyalarında yeni standartlara uyğun binaların tikintisi nəzərdə tutulub.
Milli.Az Trend-ə istinadən bildirir ki, Bərdə-Ağdam mənzili üzrə 117 süni qurğu, o cümlədən 103 ədəd dəmir-beton boru, 4 heyvan keçidi, 2 böyük yolötürücü qurğu və 2 körpünün tikilməsi planlaşdırılıb. Torpaq yatağının işlənməsi ilə bərabər, hazırda bu qurğuların layihələndirilməsi işləri də aparılır.
Trend tikinti prosesindən görüntüləri təqdim edir:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında öldülər
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir





