"Suqovuşan su anbarından ayrılan kanallar bərbad vəziyyətdədir" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları Suqovuşan su anbarına, magistral kanala, Sol Sahil və Xanarx kanallarına baxış keçiriblər.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun Trend-ə verdiyi məlumata görə, Tərtər çayı hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmə işlərinə başlanılıb. Kanalların yenidən qurulması Prezident İlham Əliyevin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2020-ci il 27 iyul tarixli Sərəncamına əsasən həyata keçiriləcək.
Tərtər rayonunun Suqovuşan kəndi ərazisində Tərtər çayı üzərində yerləşən Suqovuşan su anbarının ümumi həcmi 5,86 milyon kubmetrdir. Tərtər və Turağayçay çaylarından daxil olan sular işğaldan əvvəl su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, kanalın 5,2 kilometrdən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi. Suqovuşan su anbarı 28 il ərzində işğal altında olduğundan Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının, ümumilikdə, 96 min 217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Azərbaycan Ordusu tərəfindən Suqovuşan kəndinin azad edilməsi ilə bu ərazilərin su təminatındakı çətinliklər aradan qaldırılacaq.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov bildirib ki, Suqovuşan su anbarından ayrılan Sol Sahil magistral kanalı hazırda bərbad vəziyyətdədir:
"Kanalın bir çox yerləri dağıdılıb, ondan istehkam məqsədilə istifadə edilib. Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin layihə institutu tərəfindən layihə-smeta işləri həyata keçirilir. Qısa müddət ərzində Tərtər Sol Sahil kanalı bərpa ediləcək. Təsərrüfatların su təminatı yaxşılaşacaq".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
XƏBƏR LENTİ
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)
-
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
-
Rusiyada seçkilər başladı
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
-
Aras Bulut İynemli və daha 15 məşhur saxlanıldı - (Foto)
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Neftçi 1000-ci oyununa çıxır
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
“Alya”nın ağlama səhnəsi müzakirə yaratdı – (Video)
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı





