Fətəliyevlər ailəsindən iki nəfər müharibədə şəhid olub - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müharibənin öz qanunları var. Bu qanunlar sərt və amansızdır. Qarşında düşmən əlində silah . Doğma torpaq üçün vuruşursan. Və bu müqəddəs amalı səninlə bölüşən hər bir oğul doğmandır. Bu torpaq bağıdır. Bir də qan bağı var. Eyni cəbhədə ata oğlu ilə. Qardaş qardaşla çiyin çiyinə döyüşür. Rahib Fətəliyev və onun qardaşı oğlu Şahin Fətəliyev Füzuli istiqamətində gedən ən ağır döyüşlərdə iştirak ediblər. Onlar elə həmin döyüşlərdə də şəhadətə qovuşublar. Əməkdaşlarımız Fətəliyevlər ailəsində olub, şəhidlərimizin xatirələrini öyrəniblər.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 44 günlük vətən müharibəsi zamanı fətəliyevlər ailəsindən iki nəfər şəhidlik zirvəsinə ucalıb. Onlardan biri 14 ildir vətəninə xidmət edən 42 yaşlı şəhid çavuş Rahib Fətəliyevdir. Füzuli istiqamətində ağır döyüşlərə qatılan rahibdən elə müharibənin ilk günündən ailəsi xəbər tuta bilməyib. Şəhidin övladı Rahil Fətəliyev atası ilə son danışığını belə xatırlayır.
Şəhid çavuş döyüşlərdə zirehli texnika idarə edirmiş. Elə son sözü də döyüş yoladşlarına o olub ki, bu texnikanın son dayanacağı Şuşa olmalıdır
Şəhid çavuşun nəşi dekabr ayının 5-də tapılaraq ailəsinə təhfil verilib. O ölümündən sonra vətən uğurunda medalı ilə təltif edilib.
Vətən müharibəsi zamanı Rahib Fətəliyevin qardaşı oğlu, müddətdən artıq hərbçi olan 21 yaşlı Şahid Fətəliyev də sentyabr ayının 30-da Füzuli istiqamətində gedən qanlı döyüşlərdə şəhid olub. Şəhidin əmisi Fətəliyev Elməddin deyir ki, qardaşı ilə, qardaşı oğlu döyüşün ilk günlərində, ən şiddətli vaxtı şəhid olublar. Onlar ikisi də yanyana döyüşməsələr də, füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.
Şahin Fətəliyev də əmisi kimi müharibədə döyüş texnikası idarə edirmiş. Onlara düşmənin keçilməz dediyi səngərini məhv etmək göstərişi verilib. Tapşırığı ən yüksək səviyyədə yerinə yetirən Şahin Fətəliyev elə həmin istiqamətdə gedən döyüşlərdə şəhadətə qovuşub. Ölümündən sonra o vətən uğrunda və Füzuli rayonun azad olunması medalları ilə təltif olunub
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Nikolas Keycin evi çökdü - (Foto)
-
Azərbaycanda ÜDM 1,2 faiz artdı
-
“Allahım, nə qədər gözələm, özümə heyran oluram" - (Video)
-
Sükan arxasında bu mahnını dinləmək təhlükəlidir
-
Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu
-
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
-
Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı
-
İki nəfərin öldüyü “Şəki yaylası” məşhur iş adamının imiş
-
Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)
-
Braziliyalı hücumçu "Sabah"da
-
Ucal faciədən bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş...
-
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
-
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
-
Bağçalara növbəyə yazılma vaxtı açıqlanıb
-
Müğənni Səidənin əri ilə rəqsi yarımçıq qaldı – Müzakirə yaradan Video
-
Xalq artisti xəstəxanaya yerləşdirildi
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
“General Hospital”ın baş həkimi və poliklinika həkimi məhkəmə qarşısında
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yeniləndi
-
Cahid İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
-
Messi Avropada klub alır
-
Azərbaycan nefti yenidən bahalaşdı





