Ombudsman Səbinə Əliyeva həkimlərlə görüş keçirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsində iştirak edən hərbi qulluqçularımıza tibbi xidmət göstərmiş bir qrup həkimlə görüş keçirib. Ombudsman Aparatında keçirilən görüşdə fədakar həkimlərimiz Mahir Əliyev, Elnarə Salmanlı, Adil Cümşüdov, Vüqar Ələkbərov və Sevinc Təbrizli iştirak ediblər.
Ombudsman Aparatından Milli.Az-a bildirilib ki, Ombudsman Səbinə Əliyeva həkimlər və tibb işçilərinin Vətən müharibəsi zamanı yaralanmış hərbi qulluqçulara göstərdiyi tibbi xidmətlər və qayğıya görə onlara təşəkkür edib. Hərbi qulluqçularımızın həyat və sağlamlığının qorunması, reabilitasiyası, psixoloji vəziyyətlərinin yaxşılaşmasında onların xüsusi rolu olduğu vurğulanıb. Ombudsman, həmçinin könüllü olaraq döyüş bölgəsində xidmət etmiş, şəhid olmuş və yaralanmış tibb işçilərimizin xüsusi fədakarlığından söz açıb.
Səbinə Əliyeva Ombudsman təsisatının Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində 44 günlük müharibə dövründə, eləcə də hazırda həyata keçirdiyi fəaliyyət, habelə yaralanmış və əsirlikdən qaytarılmış hərbi qulluqçularla görüşləri haqqında məlumat verib.
Görüşdə iştirak edən həkimlər Vətən müharibəsi dövründə həyata keçirdikləri peşə fəaliyyətləri, tibbi əməliyyatlar zamanı istifadə olunan müasir avadanlıqlar və hərbi qulluqçularımızın qəhrəmanlıqları haqqında danışıblar. Görüşdə ölkə Ombudsmanı tərəfindən həkimlərin müraciətləri dinlənilib.
Sonda həkimlərə fəxri fərmanlar təqdim olunub və onlar göstərilən diqqətə görə Ombudsmana təşəkkür ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
XƏBƏR LENTİ
-
Bu xanıma yüksək vəzifə verdi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı
-
Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)





