Cəmiyyət

COVID-19 artıq mövsümi xəstəlik kimi qəbul edilməməlidir - İnstitut direktoru

8 Yanvar 2021 10:04
Baxış: 1 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19 artıq mövsümi xəstəlik kimi qəbul edilməməlidir. O, mövsümə bağlı olmayaraq, istədiyi zaman yayılır.

Bunu Milli.Az-a Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, virus artıq bioloji xüsusiyyətlərini dəyişir. Bu virusun qışda aktivləşib, yayda zəifləməsi ehtimalı yoxdur:

"Bu məsələ gündəmdə olmayıb. Yayda ona görə virusun yayılması bir qədər zəif idi ki, qapalı yerlərdə insanlar arasındakı təmas o qədər çox deyildi. Digər tərəfdən, xəstəliyin mutasiyaya uğramış bu forması mövcud deyildi. Əgər mutasiya olsaydı, bu virus yayda da payızda olduğu qədər çox yayıla bilərdi. Əhalinin qışda qapalı məkanlarda olması, virusun mutasiyaya uğraması onun yayılmasını sürətləndirmiş olur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.